Modern.az

Sosial şəbəkələrdən istifadə etməyən namizədlər də hərəkətə keçdilər

Sosial şəbəkələrdən istifadə etməyən namizədlər də hərəkətə keçdilər

17 Sentyabr 2013, 12:53


9 oktyabr tarixində Azərbaycanda keçiriləcək prezident seçkisində 10 namizəd qüvvəsini sınayacaq. Artıq namizədlərin rəsmi təbliğat-təşviqat kampaniyasına start verilib və onlar bu istiqamətdə işlər aparır. Müasir dövrdə təbliğat vasitələrindən biri də məhz sosial şəbəkələrdir və internetin verdiyi bu imkanlardan yararlanan namizədlər də az deyil. Lakin şəxsi müşahidələrimizə əsasən deyə bilərik ki, hələ də bəzi namizədlər PR kampaniyası zamanı sosial şəbəkələrdən demək olar ki, istifadə etmir. XXI əsrdə texnologiyanın verdiyi asan imkanlardan bəhrələnməyən namizədlər yəqin ki, bu və ya digər səbəblərdən bu addımı atırlar.

Modern.az sosial şəbəkələrdən təbliğat üçün yararlanmayan namizədlərdən məsələ barədə münasibət öyrənib.

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, partiyanın xaricdə mühacirətdə olan bəzi üzvlərinə sosial şəbəkədə təbliğat işi aparmaq haqqında tapşırıq veriblər. “Onlar təbliğat məsələsini artıq həll ediblər. Bu istiqamətdə işlər davam etdirilir”.

ASDP sədri Araz Əlizadə isə yaxın günlərdə internetdə də təbliğat aparacaqlarını deyib. “ASDP Facebook və Twitter-də də seçki kampaniyası həyata keçirəcək”-deyə A.Əlizadə vurğulayıb.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bu gündən etibarən məsələ haqda geniş tədbirlər planının hazırlanacağını qeyd edib. Onun sözlərinə görə bütün imkanlardan maksimum dərəcədə istifadə edəcəklər.

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi