Modern.az

İsa Qəmbər və Əli Kərimli İTV-də debatlara qatılacaq - AÇIQLAMA

İsa Qəmbər və Əli Kərimli İTV-də debatlara qatılacaq - AÇIQLAMA

17 Sentyabr 2013, 13:17

Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin namizədlərin İctimai Televiziyadakı debatlarında Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin yerinə iştirak etmələri üçün müzakirələr aparılır. Bu barədə Modern.az saytına Milli Şuranın namizədi Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev deyib.

“Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin də debatlarda Cəmil Həsənlinin yerinə iştirak etməsi ilə bağlı müzakirələr gedir. Hər hansı bir qərar olsa, mətbuata açıqlama veriləcək”-deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, İsa Qəmbər və Əli Kərimli Milli Şuranın namizədinin təbliğat kampaniyasında ilk gündən aktiv fəaliyyətə başlayıblar. 

“Namizədlərin pulsuz efir vaxtında müəyyən sahələrin müzakirəsindən asılı olaraq həm səlahiyyətli nümayəndələr, həm də Cəmil Həsənli özü iştirak edəcək”-deyə O.Gülalıyev vurğulayıb.

 Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir