Modern.az

Putin Sərkisyanla Soçidə görüşəcək: Moskva aviasiya qüvvələri yaradır

Putin Sərkisyanla Soçidə görüşəcək: Moskva aviasiya qüvvələri yaradır

Dünya

18 Sentyabr 2013, 13:08
 

Rusiya prezidenti Vladimir Putin sentyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Soçi şəhərində keçiriləcək növbəti sessiyasında iştirak edəcək. Modern.az saytı bildirir ki, görüşdə KTMT-nin kollektiv təhlükəsizlik sisteminin və təşkilat daxilində mütəttəfiqlik münasibətlərinin təkminləşdirilməsi məsələlərinin müzakirəsi gözlənilir.  

Gündəliyə KTMT-nın 2012-ci il dekabr və 2013-cü il mayın 28-də Bişkekdə keçirilən sammitlərində əldə olunan qərarların analizi də daxildir. Dövlət başçıları KTMT-nın qoşun idarəolunması mexanizmlərinin modernləşdirilməsi və təşkilatın aviasiya qoşunlarının yaradılması məsələlərini də müzakirə edəcək. 2014-cü ildə xarici qoşun kontingentinin Əfqanıstandan çıxarılması fonunda təşkilata üzv dövlətlərin sərhədlərinin təhlükəsizliyinə daha çox diqqətin ayrılması nəzərdə tutulur. Sessiyada KTMT-ya sədrlik Qırğızıstandan Rusiyaya keçəcək. Bununla bağlı Rusiya tərəfi sədrliyi dövründə prioritet olacaq məsələlər barədə məlumat verəcək.       

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya daxildir.  

Vüqar İsmayılov
   
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!