Modern.az

Deputat seçicilərlə görüşüb problemlərini dinlədi FOTOLAR

Deputat seçicilərlə görüşüb problemlərini dinlədi FOTOLAR

Aktual

18 Sentyabr 2013, 14:17

115 saylı Şəki seçki dairəsinin deputatı Cavanşir Feyziyev seçki dairəsi ərazisində seçicilərlə görüşüb. Modern.az bildirir ki, görüşlər Şəki şəhərində, Turan qəsəbəsində və rayonun Oraban, Baş Kəldək, Aşağı Kəldək, Baş Küngüt, Aşağı Küngüt, Aşağı Daşağıl, Küdürlü, Çay Qaraqoyunlu, Cəfərabad və Böyük Dəhnə kəndlərində baş tutub. Millət vəkili səfər etdiyi bütün kəndlərdə ali məktəblərə qəbulun nəticələri ilə bağlı kənd məktəblərinin nəticələri və yeni dərs ilinə hazırlığı ilə maraqlanıb, əhalini maraqlandıran sualları cavablandırıb. Əməkdaşımızın əhalinin sosial vəziyyətinin durumu haqqındakı sualını cavablandıran deputat deyib:

“Görüşdüyüm kəndlərin hər birində son bir ildə xeyli dəyişiklik baş vermişdir. Ölkə başçısının Sərəncamına əsasən rayonun 6 kəndini birləşdirən 35 km uzunluğunda müasir standartlara cavab verən yeni avtomobil yolu çəkilmiş, Aşağı Daşağıl və Küdürlü kəndlərində yeni artezianlar istifadə verilməklə içməli suya olan tələbat yüz faiz təmin edilmişdir. Hal-hazırda digər kəndlərdə də içməli su təminatı ilə bağlı böyük layihələr həyata keçirilməkdə davam edir. Son bir ildə Kiş, Fazıl, Zəyzid, Küngüt kəndləri, Turan qəsəbəsi təbii qazla tam təmin olunmuşdur və digər kəndlərdə də bu iş davam etdirilir. Bir sıra kəndlərdə yeni məktəb binaları tikilib istifadəyə verilmiş, bir neçə uşaq bağçası və məktəb binaları isə hazırda əsaslı təmir olunur. Son zamanlar seçki dairəsi ərazisində həyata keçirilən ən böyük layihələrdən biri də Oraban və Baş Kəldək kəndlərindən keçən çay boyunca kəndin ərazisini seldən və çay daşqınlarından qoruyan, uzunluğu 1 km-ə çatan mühafizə istehkamının tikilməsi olmuşdur.” Millət vəkilindən ərazidə vətəndaşların seçkiqabağı əhvali-ruhiyyəsini xarakterizə etməsini xahiş etdikdə Cavanşir Feyziyev bunları bildirdi: “Azərbaycanda yaşayan hər bir kəs son on ildə ölkənin iqtisadi, mədəni, sosial həyatında baş verən qlobal dəyişiklikləri çox yüksək qiymətləndirir. O cümlədən, seçicilərlə görüşdüyüm bütün yaşayış məntəqələrində insanların hamısı səmimi bir minnətdarlıqla cənab Prezidentin apardığı siyasətdən razılıqlarını ifadə edir və qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevə alternativ görmədiklərini bildirirlər. Seçkiöncəsi əhvali-ruhiyyə çox yüksək səviyyədədir və bu onu göstərir ki, artıq başlamaqda olan seçki marafonu da belə bir ruh yüksəkliyi şəraitində keçəcək.”


Modern.az

 

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı