Modern.az

Pirotexniki vasitələrın satıldığı anbar aşkar edildi 

Pirotexniki vasitələrın satıldığı anbar aşkar edildi 

Aktual

18 Dekabr 2023, 18:35

Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib. Tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.

 

DİN bir daha vətəndaşların diqqətinə çatdırır ki, pirotexniki vasitələr insanların həyat və sağlamlığı, o cümlədən ətraf mühit üçün ciddi təhlükə mənbəyidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat