Modern.az

"Hyundai" Rusiyadakı zavodunu satır

İqtisadiyyat

19 Dekabr 2023, 12:22

"Hyundai Motor" Rusiyanın Sankt-Peterburqdakı zavodunu "Art-Finance" MMC-yə satmaq qərarına gəlib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında bildirilir.

 

"Hyundai" hazırda əməliyyatın təfərrüatlarını əlaqələndirir. Rusiyada "Hyundai" avtomobil sahiblərini dəstəkləmək üçün "Hyundai" satışdan sonrakı xidmət və digər növ müştərilərə xidmət göstərməyə davam edəcək", - deyə qeyd olunub.

 

2023-cü ilin iyul ayında "Art-Finance" artıq "Volkswagen"dən "Volkswagen Group Rus" MMC-nin və onun nəzarətində olan dörd şirkətin səhmlərinin 100%-ni alıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi