Modern.az

Yazıçı-publisist İradə Tuncayla FOTOSÖHBƏT

Yazıçı-publisist İradə Tuncayla FOTOSÖHBƏT

Fotosöhbət

19 Sentyabr 2013, 12:58

Modern.az saytı yazıçı və publisisit İradə Tuncayla FOTOSÖHBƏT layihəsini təqdim edir. 

İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının Gənclik və Ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub.

2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur.

”Mətbuatın inkişafında yardıma görə”, “Media açarı” mükafatlarına layiq görülüb.

 Ailəlidir, iki övladı və iki nəvəsi var.

 

Burda bir qolumdan atam birindən də anam tutub. Çox qəşəng uşaq olmuşam.

Atamın Moskvada təhsil aldığı illərdi.. Atam, Əkrəm Əylisli, anam və mən... 

 

Moskvada olan zaman çəkilib. Atamın məktublarını oxuyanda mənim əslində oğul övladı olduğumu zənn edirmişlər.  Hamını çox dilxor eləmişəm. Amma sonradan atam məni daha çox sevdi... 


 

1964-65 ci illər... Burda beş yaşım var. Anam, mən, atam. Mən 7 il ailənin tək övladı olmuşam.


 

Bu şəklin maraqlı tarixçəsi var. Bacım mən birinci sinifə gedəndə balaca idi. Anamın da vaxtı olmurdu. Yaxalığımı yuyub yerinə tikməyi unutmuşdu. Əvvələr məktəb formalarını yaxalığı ayrıca olurdu. Getdim dərsə, həmin gün şəkil çəkdirirdilər. Müəllimə əsəbiləşdi ki, "sənin yaxalığın, başında lentin yoxdu". Başqa qızın başındakı "bantik"i açıb mənim başıma bağladılar. Saçımı anam hörmüşdü. Həmin gün çox ağladığım şəkildə də hiss olunur.

 

Orta məktəb illəri... Mən orta məktəb illərini xatırlamağ heç sevmirəm. Çünki məktəbdə heç bir təhsilə yiyələnmədiyimi düşünürəm. Mənim üçün əsl təhsil universitetdən başlayıb. Orta məktəb müəllimləri bataqlıq idi. Onlar məndən az bilirdilər. Ona görə xoşuma gəlmirdilər.

 

Bacım və mən. Mən ikinci sinifdə oxuyuram, bacımın isə iki yaşı var idi...

 

Məktəb vaxtları çox arıq olduğum üçün bu şəklimi o qədərdə sevmirəm...

 

Burda 10-ci sinifdə oxuyurdum. Uzun saçlarım varıydı sonra kəsdim..

 

Vinetka üçün çəkilmiş şəkildi. Sonra evimizdə qalan bir qız vinetkamı oğurladı...

 

Tələbə vaxtlarım idi. Rəfiqəmlə...

 

Burda 20 yaşım var. Aqilin bacısı ilə...


Kəlbəcərdə İstisuda çəkilib. Mən demək olar ki işğal olunmuş torpaqlarımızın hamısını gəzmişəm. Atam bizi hər yerə aparırdı. 

 

İkinci kursda oxuyuram. Artıq kosmetikadan istifadə etməyə başlamışam .

 

Tələbə yoldaşlarımla pambıq yığımında...

 

Yenə o pambıq illəri idi... Mən, Alı Mustafayev və onun yoldaşı Lalə

 

1990-cı ildə Gürcüstana çəkilib. Ezamiyyətə getmişdim. Mən orda abidələrimizlə bağlı bir çəkiliş aparmışdım. İndi orda olan Axundovun Xoyskinin qəbrini düzəldiblər. O vaxt qadağan olunmuşdu oraları gedib çəkmək. İlk dəfə mən gedib çəkmişdim. Orda Xoyskinin qəbrini müsavatçı olduğuna görə gizlətmişdilər.
Bu ayağı olmayan insan məşhur aktyor İbrahim İsfahanlının  oğludur. Biz orda olarkən çox yardım edib. Bizə gedib gələnəcən bələdçilik etdi
 

 

Toyumuzdan çəkilən şəkildir. Burda mənim üzümə baxsanız görərsiniz ki, çox məsum və narazı bir üzüm var.

 

1983-cü ilin payızında çəkilib. Böyük oğlum Toğruldu. Burda necə cavanıq...

 

Bulvarda çəkilib. Bazar günləri uşaqları aparırdıq dincəlməyə. İndi xatırlayıram ki, çox yaxşı günlər idi... Evimiz-eşiyimiz yoxuydu. Amma ürəyimiz şad idi... 

 

O vaxtlar şəkil çəkdirmək asan başa gəlməsə də, biz çalışdğımız qədər övladlarımızı şəkil çəkdirməyə aparırdıq

 

İş yoldaşımın toyunda çəkilib. O zaman İlqar Əlfioğlu ilə bir yerdə AzTV-də çalışırdım. 

 

2003-cü il oktyabr. Atamın 70  illik yubileyi ərəfəsində çəkilib. Bir il sonra vəfat elədi. Şəkildəkilər  Nərgiz Cəlilova, Etibar Babayev və Afaq Vasifqızıdır.

 

Filmdən olan bir görüntüdür. Mənim üçün ağrılı şəkildir.

 

Fəxri Xiyabanda atamın qəbrini ziyarət edirik. Biz bütün bayramlarda, anım günlərində onu yad edirik.


Aqilin ad gününü qeyd edirik... Rəfiqəm Suqra Rəhimova və Nərgiz Cəlilova.

 

Mən ana kimi onlarla fəxr edirəm. Övaldlarım Toğrul və Tuncay..

 

Tuncayın nişan günü çəkilib. Anam, Tuncay və mən .

 

 Çox xoşbəxt günlərimizidən biri...  Kiçik oğlum Tuncayın toy günü... 

 

Oğlum Tuncay... Təxəllüsümüdə onun adına götürmüşəm. 


 Teatra Aqillə getmək çox maraqlıdır. Şəkildən gördüyünüz kimi Aqil çox sevinclidir..

 

Monteneqro. Burda hündürlüyə qalxdıqca hiss edirdim ki, Aqil qorxur. Mən hündürlükdən heç zaman qorxmamışam... 

 

İsveçrə. Dağlar və çaylarla əhatə olunmuş çox füsunkar bir mənzərəsi olan bu yer insanı bütün problemlərindən ayırıb başqa bir aləmə aparır. Bizdə də belə təbiəti olan yerlər çoxdur... 

 

Çexiyadayıq. Aqil özü çəkib... Mənə elə gəlir ki, çox da yaxşı alınıb... 

 

Karlovi Varida çəkilib. Şveykin obrazını elə formada yaradıblar ki, onunla şəkil çəkdirməyin ayrı bir ləzzəti var idi...   


2012-ci il fevral ayı.. ”Yol” romanının təqdimatı zamanı... 

Bu romanı mənim yaradıcılığımda keçid mərhələsi adlandıra bilərəm. Səyahətimi burda yazmışam. Bakıdan gedəndə 3 sərhədi keçdiyimizi və başımıza nələrin gəldiyini qeyd eləmişəm. Mən hər zaman zarafatla deyirəm ki,  “Yol” romanının qəhrəmanı Vurğun Əyyubdu. O vaxtı Qarsda dərs deyirdi bizdə gedib ora çıxmışdıq. Hissə-hiss çap olundu qəzetdə sonra kitab şəklində biz onu çap elədik.  Bu roman mənim üçün çox əzizdir. Bir tarix yaşadım.

 

Bu şəkli mən özüm düzəltmişəm. Şəklə baxanlar bir anlıq mənim uşaqlığıma oxşadırlar. Nəvəm Tansu və Mən.. 

 

Nəvələrim Aylin və Tansu. Tansu nənəsi kimi şəkil çəkdirməyi çox sevir.  

 

Tansu şöhrəti çox sevən bir uşaqdır. Kameralarada düzgün işləməyi bacarır.

 

Dostlarla İsmayıllıda... Rəşad Məcid,  xanımı, Mehman Cavadoğlu və Biz...  Rəşad mənim yaxın dostlarımdan biridir. 

 

İsmayıllıda Buynuz kəndində çəkilib. Biz İsmayıllıya gedəndə hər zaman Musa Yaquba  baş çəkirik. Həm yaradıcılığına, həm şəxsiyyətinə böyük hörmətim var.

 

 Karlovi Varida... Şəkildəkilər Hacı Nuran, Fidan və Xuraman bacıları...  

 

Zeynəb Xanlarova ilə müsahibədəyəm. O kənardan başqa cür görünsə də, çox mütaliəli xanımdır. Zeynəb Xanım özü mənlə tanış olmaq istədiyini bildirib. O zaman mənə dedi ki,  müsahibə istəmirəm gəl söhbət edək. Amma onunla bağlı çox gözəl bir yazı yazdım və belə bir başlıq seçildi. “Ondan bir də olmayacaq”, doğurdan da, Zeynəb xanımdan bir də olmayacaq. 

 

 Müsahibədəyəm. Günel Mövludla həm çay içirik, həm də maraqlı söhbət edirik. Bu şəklə baxanlar deyirlər ki, elə görünür ki bu saat əlindəkiləri çırpacaqsan Günelin başına. Halbuki, burda çox normal söhbət gedirdi. 

 

Moskvada “Dolu”nun  təqdimatı zamanı çəkilib. Filmin musiqisi Polad Bülbüloğlunundur. Səfirlə söhbət çox maraqlı idi...

 

Bu avqustun sonunda Çernoqoriyada olan zaman çəkilib. Burda köhnə zəngi bərpa edib qoyublar, mən orta məktəbi sevmədiyim üçün zəngi də sevmirdim, amma kilsə zənginin qarşısında oturub şəkil çəkdirmişəm.

 

Praqada Kafkanın heykəli... Məndə belə heykəllərə qarşı sanki bir doğmalıq var.  Burda onun ruhu çox yaxşı formada  əks etdirilib...

Almaniya Mayinau şəhəri... Mən elə bilirdim ki, tək bizdə batil inanclar var. Amma elə deyilmiş ordada bizə xas olan inanclar var. Dilək ağacının yanına  bıçaq və karandaş qoyublar ki, kim istəsə diləyini yazsın

 

Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir