Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqdan olan həmkarı, bu ölkənin baş nazirinin müavini postunu da tutan Fuad Hüseynlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüş Hüseynin Ankaraya səfəri çərçivəsində baş tutub.
Türkiyə Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki ölkənin müdafiə nazirləri Yaşar Güler və Sabit Abbasi də qatılıblar.
Bakanımız @HakanFidan, Ankara’da, Irak’ın Başbakan Yardımcısı ve Dışişleri Bakanı Fuad Hüseyin’i ağırladı. Dışişleri Bakanlığımızdaki heyetlerarası görüşmeye Milli Savunma Bakanımız Yaşar Güler ve Iraklı mevkidaşı Sabit Abbasi de katıldı.???? pic.twitter.com/REsIfTM4ak
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) December 19, 2023