İspan jurnalist Rut Basa fransız aktyor Jerar Depardyeni 1995-ci ildə baş vermiş cinsi təcavüzdə ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə "La Vanguardia" nəşri yazıb.
Nəşr qeyd edir ki, media işçisi İspaniya Milli Polisinə şikayət edib və onun Fransa hakimiyyəti ilə əlaqə saxlaması gözlənilir.
Xanım jurnalistin sözlərinə görə, hadisə onun 23 yaşı olarkən Parisdə “Cineman” jurnalı üçün aktyordan müsahibə alarkən baş verib.
Aktyor bundan əvvəl də çox sayda analoji ittihamlarla üzləşib.