Modern.az

Ali Məhkəmə Trampın seçkilərdə iştirakını qadağan etdi

Ali Məhkəmə Trampın seçkilərdə iştirakını qadağan etdi

Dünya

20 Dekabr 2023, 08:10

ABŞ-ın Kolorado Ali Məhkəməsi sabiq prezident Donald Trampın gələn il ştatda keçiriləcək ilkin seçkilərdə namizədliyinin irəli sürülməsinə konstitusiyaya uyğun olaraq qadağan olunduğuna qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb.

 

"Məhkəmə üzvlərinin əksəriyyəti ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü Bölməsinə əsasən, Prezident Trampın prezident vəzifəsini tutmaqdan məhrum edilməsinə qərar verib", - deyə məhkəmənin qərarında bildirilib.

 

14-cü Düzəlişdə deyilir ki, Konstitusiyanı dəstəkləmək üçün and içmiş vəzifəli şəxslər "üsyanda iştirak etmişlərsə" gələcək vəzifələrdə işləmək qadağandırlar.

 

Məhkəmə qərarını yanvarın 4-nə qədər təxirə salıb ki, D.Tramp Ali Məhkəməyə qərarın yenidən baxa baxılması üçün müraciət edə bilsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi