Modern.az

BMT-də səsvermə: Azərbaycan Rusiya sənədinin lehinə oldu, Türkiyə bitərəf qaldı

BMT-də səsvermə: Azərbaycan Rusiya sənədinin lehinə oldu, Türkiyə bitərəf qaldı

Dünya

20 Dekabr 2023, 11:32

BMT Baş Assambleyası nasizmin tərənnümü ilə mübarizəyə dair Rusiya qətnaməsini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın saytı məlumat yayıb.
 

Sənəddə ölkələrə İkinci Dünya Müharibəsinin tarixinə və nəticələrinə yenidən baxılmasının və bu savaş zamanı insanlığa qarşı cinayətlərin və müharibə cinayətlərinin inkarının qarşısını almaq üçün beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olaraq müvafiq spesifik qanunvericilik və maarifləndirici tədbirlər görmələri tövsiyə olunur. 

Qətnamə müəllifləri nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələri pisləyirlər.

Sənəd, həmçinin dövlətləri qanunvericilik də daxil olmaqla, bütün müvafiq vasitələrlə irqi ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa çağırır. Bundan əlavə, o, etnik mənşəyə, milliyyətə, dinə və ya inanca görə irqçilik, ayrı-seçkilik, nifrət və zorakılığı təşviq edən maarifləndirici materialların istifadəsini pisləyir.

Qətnamənin lehinə 118 ölkə, o cümlədən Rusiya, Belarus, Hindistan, Suriya, Çin, Şimali Koreya, Kuba, İraq, Qazaxıstan, Qırğızıstan, Mərkəzi Afrika Respublikası, Ermənistan, Azərbaycan, İsrail, Braziliya, Kamerun, Kolumbiya, Misir, Argentina, Eritreya, Efiopiya, Qabon, Keniya, Nikaraqua, Boliviya, Pakistan, Peru, Qətər, Küveyt, Liviya, Mali, Meksika səs verib.

ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, İtaliya və Ukrayna da daxil olmaqla 49 ölkə əleyhinə səs verib.

İsveçrə, Türkiyə və Koreya Respublikası da daxil olmaqla 14 ölkə bitərəf qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi