"Gürcüstan üçün tarixi ilin sonundan əvvəl Tbilisiyə qayıtmaq xoşdur".
Modern.az xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina X-də yazıb.
"Prezident Salome Zurabişvili, baş nazir Georgi Qaribaşvili, spiker Şalva Papuaşvili, xarici işlər naziri İlia Darçiaşvili və müdafiə naziri Cuanşir Burçuladze ilə görüşlərdə mən Gürcüstanı Avropa İttifaqının bu yaxınlarda verdiyi qərar münasibətilə təbrik etdim və NATO-Gürcüstan əlaqələrinin güclənməsi yollarını müzakirə etdik", - deyə Kolomina əlavə edib.
Qeyd edək ki, NATO rəsmisi Gürcüstana səfər etmişdi.
Good to be back in Tbilisi before the end of a historic year for ??. In meetings with President @Zourabichvili_S, PM @GharibashviliGe, Speaker @shpapuashvili, MFA @iliadarch &MOD, I congratulated Georgia on recent #EU decision & explored ways to strengthen #NATO-?? relationship pic.twitter.com/UADclYQaXO
— Javier Colomina (@JavierColominaP) December 20, 2023