Modern.az

Küveyt möcüzəsi - aman Allah! Bu doğurdan belədi..?

Küveyt möcüzəsi - aman Allah! Bu doğurdan belədi..?

19 Sentyabr 2013, 14:34

Əməkdar memar Emil Axundov Küveyt təəssüratlarını yazıb. Modern.az saytı onun Küveytlə bağlı təəssüratlarını təqdim edir.

Küveyt dünyanın ən zəngin ölkələrindən biridir. Böyük neft ehtiyatları rahat yaşamağa və özünə heç nədə korluq verməməyə şərait yaradır. Pul xərcləməyə burada elə də çox yer yoxdur. Sahəsinə görə Rusiyanın Kalininqrad vilayətindən bir az böyük olan Küveytdə 3,5 milyon insan yaşayır ki, onların da yalnız 1 milyon nəfəri ölkə vətəndaşıdır. Ölkənin neft gəlirləri həmin “qızıl milyon” arasında bölüşdürülür.

1. Evlənən gənclərə dövlətdən tərəfindən 15 min ABŞ dolları hədiyyə olunur.

2. Həkimlərin və müəllimlərin əmək haqqı 15 min dollardır (onu qeyd etmək lazımdır ki, yerli vətəndaşlar adi həkim kimi çalışmır. Onlar rəhbər vəzifələri tuturlar).

3. Yerlilər üçün ildə 0%-lə verilən 250 min dollarlıq ipoteka kreditini ödəmək su içmək qədər asandır. Çox güman ki, kreditin yarısı 5-10 ildən sonra dövlət tərəfindən bağışlanacaq.

4. Tibbi yardım və təhsil pulsuzdur.

5. Əgər siz xaricdə oxumaq istəyirsinizsə, dövlət sizin nəqliyyat xərclərinizi, təhsil haqqınızı ödəyəcək və sizə əlavə 2 min dollar təqaüd təyin edəcək.

6. Əgər küveytli xəstələnərsə və ölkədə müalicəsi nəticə verməzsə, hökümət onun istənilən xarici ölkədə müalicə xərclərini ödəməyə hazırıdı. Müalicə zamanı onu müşayiət edən qohumların da bütün xərcləri dövlət tərəfindən ödənilir.

7. Küveytdə uşaqpulu 200 dollar təşkil edir. Vətəndaş bu pulu 26 yaşı tamam olana qədər alır.

8. Ərindən boşanmış qadınların iş tapana qədər aldıqları təqaüd 1400 dollar təşkil edir.

9.  Minimal pensiya 3 min dollar təşkil edir.

S?kil:Kuweit-towers.JPG10. 2007-ci ildə hökümət vətəndaşlara 1 milyard dollar məbləğində krediti bağışladı.

11. Küveytdə bəzən sadəcə pul paylanır. Məsələn, ölkənin müstəqilliyinin 50 illiyi ilə əlaqədar hər kəsə 3500 dollar verilib.

12. Ötən il istənilən şəxs 1 il müddətində birinci dərəcəli qida məhsullarını (düyü, yağ, toyuq və s.) pulsuz əldə edə bilərdi.

13. Elmi dərəcəyə görə magistrlərə verilən aylıq əlavə 700, doktorlarda verilən əlavə 1400 dollar təşkil edir.

14. Müəllimlərə staja görə ödənilən birdəfəlik mükafat məbləği 18 aylıq əməkhaqqına bərabərdi.

15. Bonuslar ümumiyyətlə çoxdur. Orta hesabla hər bir küveytlinin əmək haqqına əlavə 50% bonus artırılır. Bu bonuslar yalnız Küveyt vətəndaşlarına şamil edilir.

Ölkə əhalisinin 70%-i hüquqsuz əmək miqrantlarıdır. Küveyt vətəndalığını almaq paktiki olaraq mümkün deyil.    

Küveyt neft içində üzən kiçik dövlətdir. Burada maraqlı heç nə yoxdur. Nə tarix, nə xüsusi mədəniyyət, nə də ənənə. Küveyt səhra ortasında hər birinə iki miqrantın qulluq etdiyi tox, tənbəl küveytlilərin dolaşdığı böyük ticarət mərkəzidir. 3,5 milyon əhalinin yalnız 1 milyonu küveytlidir. Bu insanlar demək olar ki, işləmirlər. Küveytlilərin 80%-i dövlət işində, qalanları isə böyük məbləğ qarşılığında kommersiya şirkətlərində çalışırlar. Bu necə baş verir? Küveytdə işləmək istəyən bütün xarici şirkətlər qanuna görə fəaliyyətlərində yerli əhalinin müəyyən faizini (eyni situasiya Səudiyyə Ərəbistanı, Oman və Bəhreyndə var) işə götürməli və onlara yüksək əmək haqqı verməlidir.

Varlı küveytlilərin əsas əyləncəsi maşınlardır. İnternetdə xeyli ağlasığmaz ərəb driftlərinin yer aldığı çarxlar var.

Küveyt məhəllələrə bölünüb. Burada misirlilərin, hindlilərin və avropalıların məhəllələri yer alıb. Hindli avropalının yaşadığı evi ala bilməz. Verilən elanlarda evin kim tərəfindən satın alına bilməsi barədə bütün məlumatlar yerləşdirilir. Məsələn, amerikalılar və avropalılar yalnız göydələndən mənzil əldə edə bilər.

Küveytlilər çox kökdürlər çünki burada yeganə əyləncə yeməkdir. Turizm burada inkşaf etməyib. Turist vizası almaq mənə görə mümkün deyil. Qışda burada güclü, soyuq külək əsir. Yayda isə isti 50 dərəcəyə çatır. Bura alkaqollu içki yasağı və çirkli, boş dənizi əlavə etmək lazımdır.
Küveytli bazar boyu gəzir və onu maraqlandıran məhsulları barmaqla göstərir. Onu arxasınca yükünü daşıyan qulluqçusu gəlir.
Küveyti müşahidə etməyə bir gün bəs edir. Bura qayıtmaq istəmirəm.       

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi