Ermənistanda balıqçılar İrəvandakı "Qələbə" körpüsündən hökumət binasına doğru yürüş təşkil ediblər.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, etirazçılar artezian suyunun itirilməsinə aydınlıq gətirilməsini, qanunsuz işləyən quyuların bağlanmasını və təsərrüfatlarına su qənaət sisteminin tətbiqini tələb edirlər.
Aksiya iştirakçıları həmçinin baş nazir Nikol Paşinyanla görüşmək istəyirlər.
Saxlanılanların olması barədə məlumat yoxdur.