Modern.az

İrəvan KTMT baş katibinin gətirdiyi sənədlərə imza atmağa qərar verməyib - XİN

İrəvan KTMT baş katibinin gətirdiyi sənədlərə imza atmağa qərar verməyib - XİN

Dünya

22 Dekabr 2023, 14:44

"İrəvan təşkilatın baş katibinin özü ilə gətirdiyi KTMT-nin yekun sənədlərini imzalayıb-imzalamayacağına hələ cavab verməyib".

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan "Sputnik Armenia"nın sualına cavab olaraq bildirib.

 

O deyib ki, dünən yayılan məlumatlardan başqa onlarda əlavə məlumat yoxdur.

 

Belə ki, Minskdə təşkilatın noyabr sammitində sənədlər paketi qəbul edilib. Ermənistan nümayəndə heyəti olmadığı üçün onların üzərində erməni imzası yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi