Modern.az

Türkiyə ordusunun 6 hərbçisi ŞƏHİD OLDU

Türkiyə ordusunun 6 hərbçisi ŞƏHİD OLDU

Dünya

23 Dekabr 2023, 09:30

İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində altı türk əsgəri şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

 

"Terror təşkilatının Şimali İraqa hücumu nəticəsində 6 əsgərimiz şəhid olub, 1 əsgərimiz yaralanıb. Müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatı keçirilib. İlkin təsbitlərə görə 7 terrorçu zərərsizləşdirilib", - məlumatda deyilir.

 

***

8:30

Xəbər verdiyimiz kimi, İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində Türkiyə ordusunun 3 hərbçisi şəhid olub, 4-ü yaralanıb.

 

Modern.az-ın məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyi yaralı hərbçilərdən 3-nün həyatını xilas edilən bilmədiyini açıqlayıb.

 

Beləliklə, Türkiyə ordusunun şəhid hərbçilərinin sayı 6-ya çatıb.

 

Nazirlik bölgədə əməliyyatın davam etdiyini bildirib.

 

Hava zərbələri nəticəsində 7 terrorçunun məhv edildiyi qeyd olunur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi