Modern.az

Qəzzada BMT-nin 136 əməkdaşı həlak olub

Qəzzada BMT-nin 136 əməkdaşı həlak olub

23 Dekabr 2023, 09:06

Qəzza zolağında 75 gün davam edən qarşıdurma zamanı BMT-nin 136 əməkdaşı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş "X" səhifəsində yazıb.

 

Onun sözlərinə görə, bu BMT tarixində görünməmiş haldır:

 

“Əməkdaşlarımızın çoxu evlərini tərk etmək məcburiyyətində qalıb. Onlara və Qəzza zolağında mülki insanlara dəstək olmaq üçün həyatlarını riskə atan minlərlə yardım işçisinə hörmət edirəm”.

 

Bundan əvvəl BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, təşkilatın Qəzza zolağında humanitar əməliyyatları tezliklə iflic ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi