Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 51 fiziki və 134 hüquqi şəxs "qara siyahı"ya salınıb.
Sanksiyaya məruz qalan şəxslər arasında Rusiya, Ukrayna, Latviya, Böyük Britaniya və Kipr vətəndaşları, şirkətlər arasında isə Rusiya Federasiyası, Latviya, ABŞ və Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş müəssisələr var.