İsrail Müdafiə Qüvvələri HƏMAS ilə qarşıdurmada 477 əsgərini itirib.
Modern.az xəbər verir ki, bu barədə İsrail ordusuna istinadən "Times of Israel" qəzeti məlumat yayıb.
Bildirilir ki, hərbçilərin əksəriyyəti quru əməliyyatı başlamazdan əvvəl həlak olub. Quru əməliyyatı başlayandan bəri İsrail Müdafiə Qüvvələri 144 əsgərini itirib. Son iki gündə Qəzza zolağında keçirilən əməliyyat zamanı 5 əsgər həlak olub.
"The Washington Post"un İsrail kəşfiyyat rəsmilərinə istinadən verdiyi məlumata görə, İsrail ordusu iki ay ərzində 5 minə yaxın HƏMAS yaraqlısını məhv edib.