Modern.az

Qəzzada İsrailin daha 8 hərbçisi öldü

Qəzzada İsrailin daha 8 hərbçisi öldü

Dünya

24 Dekabr 2023, 10:12

İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha 8 əsgərinin öldüyünü bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, onların hamısı son 24 saat ərzində Fələstin anklavının mərkəzi hissəsində baş verən silahlı toqquşmalar zamanı həlak olub.

 

Yeni məlumatlar nəzərə alınmaqla Qəzza zolağında quru əməliyyatı zamanı hərbi itkilərin sayı 152-yə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək həlak olan əsgər və zabitlərin ümumi sayı artıq 485 nəfərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi