Modern.az

İran yeni qanadlı raketlər aldı

İran yeni qanadlı raketlər aldı

Dünya

24 Dekabr 2023, 18:36

İran Hərbi Dəniz Qüvvələri öz arsenalını “Talaye” və “Nasir” qanadlı raketləri, həmçinin yeni helikopter sistemləri ilə genişləndirir.

 

Modern.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib.

 

O qeyd edib ki, çoxmənzilli “Talaie” raket sistemi bütün uçuş boyu yeni hədəfləri müəyyən etməyə qadirdir. “Nasir” dəniz qanadlı raketi 100 km-dən çox məsafədə yerləşən hədəfi vurmaq gücündədir.

 

Bundan əvvəl İranın hipersəs ballistik raketlərinin yeni nəslini hazırlayacağı məlum olub.

 

Sentyabrın 3-də Şəhram İrani bəyan edib ki, tezliklə Hərbi Dəniz Qüvvələrinə qoşulacaq “Dəmavənd 2” esminesi hipersəs raketləri ilə təchiz olunacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi