İraqın şimalında terrorçuların hücumu nəticəsində şəhid olan Türkiyə ordusunun hərbi qulluqçusu Kamal Aslanın şəhadətindən əvvəl komandirinə göndərdiyi video yayımlanıb.
Modern.az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
“Komandir, mən şəhid olsam, bu videomu saxla”, - 22 yaşlı Aslan videoda deyir.
Qeyd edək ki, İraqın şimalında Türkiyə ordusunun 6 hərbçisi şəhid olub. Terrorçulara qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib və onlarla terrorçu zərərsizləşdirilib.
Sözügedən videonu təqdim edirik: