Modern.az

Ordu 5 israilli girovun meyitini tapdı

Ordu 5 israilli girovun meyitini tapdı

Dünya

25 Dekabr 2023, 09:34

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın yeraltı tunellərində 5 israilli girov cəsədinin tapıldığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumata görə, ölənlər arasında 3 hərbçi də var.

 

Cəsədlər Qəzza zolağının şimalında Cəbəliyə düşərgəsinə nəzarəti ələ keçirmək üçün keçirilən əməliyyat zamanı aşkar edilib. Qeyd olunub ki, "strateji tunellər şəbəkəsi” aşkar edilib.

 

Şəbəkə iki səviyyədən ibarət olub. Birincisi 10 metr dərinlikdə, ikincisi isə onlarla metr dərinlikdə yerləşib. Dərinlikdə silahlar və onların istehsalı üçün infrastruktur aşkar edilib. İnfrastruktur dağıdılıb.

 

Girovların ölüm şəraiti məhkəmə-tibb ekspertlərinin təhlilindən sonra müəyyən edilərək elan ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi