Rusiya hökuməti Avropa İttifaqı, Böyük Britaniya, Norveç və Ukraynadan gələn yük maşınlarının Rusiyaya girişinə qoyulan qadağanın müddətini uzadıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
Bir sıra istisnalar da var. Məsələn, əvvəlki kimi, poçt göndərişlərinin, diplomatik poçtun və humanitar yardımların daşınması üçün istisna tətbiq ediləcək.
Bundan əlavə, məhdudiyyət "idman yarışlarının keçirildiyi ərazilərə avadanlıq və idman avtomobillərinin daşınması üçün texniki dəstək maşınlarının keçidi"nə də şamil edilməyəcək.