Modern.az

Ukrayna Rusiyanın Su-34-nü sıradan çıxarıb

Ukrayna Rusiyanın Su-34-nü sıradan çıxarıb

Dünya

25 Dekabr 2023, 10:12

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir Su-34 bombardmançısının məhv edilməsi barədə məlumat açıqlayıb.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, dekabrın 24-ü axşam saatlarında Ukrayna hərbçiləri Rusiyanın daha bir Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub. 

 

Məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı general Nikolay Oleşçuk açıqlayıb. Onun sözlərinə görə, bu, Mariupol istiqamətində baş verib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi