Modern.az

Jurnalistlərlə görüşən İlkər Başbuğ iqtidara səsləndi

Jurnalistlərlə görüşən İlkər Başbuğ iqtidara səsləndi

20 Sentyabr 2013, 10:42

Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ jurnalistlərlə görüşüb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, sabiq general həbsdə neçə gününün getdiyini saymadığını bildirib. Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb. Keçmiş baş qərargah rəisi AKP hakimiyyətinə də səslənib: “Mən indiki iqtidarla 7 il işlədim, onlar kimin təşkilat qurduğunu bu qədər zaman ərzində tanıya bilmədilər?”-deyə səslənib.

Qeyd edək ki, Türkiyənin keçmiş Baş Qərargah rəisi İlker Başbuğa "Ergenekon" işi ilə bağlı ömürlük həbs cəzası verilib. Başbuğdan başqa, bir sıra digər yüksək vəzifəli hərbçilər də ömürlük həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, 70 yaşlı sabiq ordu generalı 2010-cu ildə istefaya gedib.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir