Modern.az

Xəsislik etməyin, bizə yumurta verin - PUTİN

Xəsislik etməyin, bizə yumurta verin - PUTİN

Dünya

25 Dekabr 2023, 21:34

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin iclası zamanı belaruslu həmkarı Aleksandr Lukaşenkodan ölkəsinə yumurta tədarük etməsini istəyib.

 

Modern.az xəbər verir ki, o, Lukaşenkodan zarafatla xəsis olmamağı xahiş edib.

 

Lukaşenkonun sözlərinə görə, Belarus, demək olar ki, 100% öz istehsalı olan məhsullarla - taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağları ilə təmin olunub. O, toyuq yumurtasına xüsusi diqqət yetirib.

 

“Bizə bir az ver! Xəsislik etməyin”, - deyə Putin gülümsəyərək cavab verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi