Modern.az

Yapon kosmik aparatı Ay orbitinə daxil oldu

Yapon kosmik aparatı Ay orbitinə daxil oldu

Dünya

26 Dekabr 2023, 07:58

Yaponiyanın "SLIM" aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

 

"JAXA böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir", - məlumatda deyilir.

 

Yerin peykinin səthinə eniş gələn il yanvarın ortalarına planlaşdırılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi