Modern.az

Yaponiya HƏMAS liderlərinə qarşı sanksiyalar tətbiq etdi

Yaponiya HƏMAS liderlərinə qarşı sanksiyalar tətbiq etdi

Dünya

26 Dekabr 2023, 08:46

Yaponiya oktyabrda İsrailə hücumla bağlı HƏMAS hərəkatının rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

 

Sanksiya siyahısında HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı var.

 

Yaponiya onlara qarşı bir sıra tədbirlər görəcək, o cümlədən aktivləri aşkar edilərsə, dondurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi