Ermənistanın paytaxtı İrəvan meriyasının Ağsaqqallar Şurasının (Bələdiyyə məclisi) “Ana Ermənistan” fraksiyası bələdiyyə qarşısında aksiya keçirir.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aksiyaçılar. paytaxt bələdiyyəsində yeni ildən gözlənilən qiymət artımlarına, xüsusən də mərkəzdə parkinq qiymətlərinə etiraz edirlər.
Onlar həmçinin müxalifətdən Şuranın bugünkü iclasını boykot etməyi tələb edirlər. Keçmiş mer Hayk Marutyanın partiyasının Milli Tərəqqi fraksiyası qiymət artımının əleyhinədir və boykota qoşulub. Bunu fraksiyanın nümayəndəsi İzabella Abqaryan açıqlayıb:
"Bunun qarşısını almağın yeganə yolu boykot etməkdir və biz bunu edəcəyik. Biz müxalif qüvvəyik və seçicilərimizin maraqlarını qorumalıyıq".