Modern.az

Pirotexniki vasitələr satanlar cərimələndi

Pirotexniki vasitələr satanlar cərimələndi

26 Dekabr 2023, 13:24

Polis əməkdaşları əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində respublika ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, dekabrın 25-də Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Ucar şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 2 fiziki şəxs müəyyənləşdirilib və oradan 918 ədəd müxtəlif növ pirotexniki vasitə aşkarlanaraq götürülüb.

 

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə