Rusiyanın “Nezavisimaya qazeta” nəşri 2023-cü ilin ən vacib hadisələrinin siyahısnı dərc edib.
Modern.az xəbər verir ki, qəzet ilin ən vacib hadisəsini Putinin beşinci dəfə namizəd olması hesab edib.
Rusiya iqtisadiyyatının sanksiyalar şəraitində böyüməsi, Priqojin üsyanını və Ukrayna əks-hücumu da ilin ən vacib hadisələri sırasına əlavə edilib.
Qəzet ilin ən vacib beş hadisəsindən biri kimi Azərbaycanın Qarabağ məsələsini tam həll etməsinini göstərib.
“Azərbaycan Qarabağ məsələsini həll edib. 2023-cü ildə 32 ildən bir qədər çox mövcud olmuş tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) tarixi başa çatıb. Böyük ölçüdə “ikinci erməni dövləti”nin taleyi 2020-ci ildə İkinci Qarabağ müharibəsinin nəticələrinə görə həll olunub. Lakin məsələnin yekun həlli üçün daha bir neçə il lazım olub”, - deyə məqalədə bildirilib.