Modern.az

Fatih Terim Yunanıstan klubu ilə anlaşdı

Fatih Terim Yunanıstan klubu ilə anlaşdı

26 Dekabr 2023, 15:42

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Yunanıstanın “Panatinaikos” komandası ilə anlaşıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.

 

70 yaşlı mütəxəssis yeni komandası ilə müqavilə imzalamaq üçün dekabrın 27-də Afinaya yollanacaq.

 

Qeyd edək ki, Fatih Terim son olaraq "Qalatasaray"a başçılıq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə