Modern.az

Rusiyanın Qara dənizdəki hökmranlığı sual altındadır - İngilis nazir

Rusiyanın Qara dənizdəki hökmranlığı sual altındadır - İngilis nazir

Dünya

26 Dekabr 2023, 16:46

Britaniyanın müdafiə naziri Qrant Şapps ötən gecə Ukrayna Hərbi Hava Qüvvələrinin Feodosiyada Rusiya hərbi gəmisinin məğlubiyyəti ilə bağlı xəbərləri şərh edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

Nazir deyib ki, Rusiyanın Qara dənizdəki üstünlüyü indi sual altındadır. Onun sözlərinə görə, Putinin donanmasına bu son zərbə onu göstərir ki, Ukraynada müharibənin dalana dirəndiyinə inananlar yanılırlar.

 

Nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb: "Onlar son 4 ayda Rusiyanın Qara dəniz donanmasının 20%-nin məhv edildiyini görmürlər. Rusiyanın Qara dənizdəki hökmranlığı indi sual altındadır və Britaniya və Norveçin rəhbərlik etdiyi yeni dəniz imkanları koalisiyası Ukraynaya dənizdə qələbə qazanmağa kömək edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi