Modern.az

Aşıq Ulduz: ”Ədəbsiz fiqur düzəldib xalq arasında özünə yer tutmaq istəyir”

Aşıq Ulduz: ”Ədəbsiz fiqur düzəldib xalq arasında özünə yer tutmaq istəyir”

İqtisadiyyat

20 Sentyabr 2013, 14:25

Tanınmış aşıq Ulduz Sönməz son vaxtlar aşıqların kafelərdə, restoranlarda çıxış etməsinə münasibət bildirib.

Xanım sənətkar Modern.az saytına açıqlamasında deyib ki, aşıq sənəti folklorumuzun bünövrəsidir və son zamanlar bu istiqamətə diqqət, meyl daha da artıb:

“Restoranlarda, kafelərdə, küçələrdə saz çalan insanlara qayğı lazımdır. Onlar əlacsızlıqdan sənəti belə aşağı səviyyəyə endirirlər. Əgər onların sosial təminatı olsa, tələbatı ödənsə, gedib sənəti o səviyyədə, o ölçüdə-biçimdə təbliğ etməzlər”.

Ulduz xanım son zamanların ən məşhur saz ifaçısı Mübariz Camaloğlu haqda da danışıb:

“O, aşıq deyil. Hər saz çalan aşıq deyil və ola bilməz. Onu yaxından tanımıram, ifalarını efirdə görmüşəm. Onu qəbul etmirəm və edə də bilmərəm. Əvəla o ifaçıdır, aşıq deyil. Yaxşı barmaqları, ürəyi var, saz çalır. Amma aşıqlıq başqa şeydir. Aşıqlığa barmaqarası baxmaq olmaz. Sazı araq butulkası ilə çalmaq tariximizə, folkorumuza hörmətsizlikdir. Bu bizim sənətimizə yaddır və bun heç cür qəbul etmirəm. Yəqin ki, o da imkansızlıq ucundan belə edir. Ədəbsiz-ərkansız fiqur düzəldib xalq arasında özünə bir yer tutmaq istəyir”.

İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür