Modern.az

Qasırğa 130 min insanı işıqsız qoydu 

Qasırğa 130 min insanı işıqsız qoydu 

Dünya

26 Dekabr 2023, 18:42

Avstraliyanın Kvinslend ştatında baş verən fırtına səbəbindən 130 mindən çox evin elektrik enerjisi kəsilib.

 

Modern.az xəbər verir ki, bu barədə ştatın hökumət başçısı Stiven Maylz özünün sosial media hesabında yazıb.

 

“Hazırda 130 mindən çox ev və müəssisə işıqsız qalıb. Qəza briqadaları elektrik enerjisini bərpa etmək üçün çalışmaları davam etdirir”, - deyə Stiven Maylz bildirib.

 

Qeyd edək ki, gecə saatlarında dolu və yağışla müşayiət olunan qasırğa Kvinslend ştatını vurub. Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti saniyədə 30 metrə çatıb. Güclü külək yüzlərlə evə zərər vurub, bir qadın aşan ağacın altında qalaraq ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi