Almaniyanın ən görməli yerlərindən biri olan Köln kilsəsi növbəti xəbərdarlığa qədər turistlər üçün bağlıdır. Hələlik orada yalnız dini mərasimlərin keçirilməsinə icazə verilir.
Modern.az Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadən xəbər verir ki, bu barədə kilsənin təhlükəsizlik xidməti məlumat yayıb.
Focus-online portalının dekabrın 24-də yayımladığı informasiyaya görə, dini qruplaşmalardan biri Köln, Vyana və Madriddə terror aktları planlaşdırır.
Qeyd edək ki, Köln kilsəsi şəhərin simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan tarixi abidədir. O, həm də dünyanın ən hündür üç kilsəsindən biridir. Adətən dekabrın son həftəsində tarixi abidəni 100 minədək insan ziyarət edir.