İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana səfər edəcək.
Modern.az xəbər verir ki, səfər sabah baş tutacaq.
Ermənistan və İran xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Abdullahian bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.