Modern.az

Polis onları cəzalandırdı

Polis onları cəzalandırdı

26 Dekabr 2023, 23:10

Abşeron rayonunun Xırdalan şəhərində ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsi faktı aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rayon polis idarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı şəhər ərazisini təmir işləri görəndə yaranan məişət tullantıları ilə çirkləndirən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə