Modern.az

Ukraynalı pilotların F-16-larda təlimi yekunlaşdı

Ukraynalı pilotların F-16-larda təlimi yekunlaşdı

Dünya

26 Dekabr 2023, 23:26

Ukrayna Silahlı Qüvvələrinin ilk pilotları Böyük Britaniyada F-16 qırıcılarının əsas uçuş hazırlığı kursunu bitirib.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, ukraynalı hərbçilərdən təşkil olunan altı nəfərlik pilotlar qrupu F-16 qırıcılarında uçuş bacarıqları üzrə kursu bitirərək Danimarkada təlim uçuşlarına başlayıb. On nəfərdən ibarət digər qrup isə Böyük Britaniyada təlimlərini davam etdirir.

 

Qeyd edək ki, Ukrayna uzun müddətdir Qərb müttəfiqlərindən F-16 qırıcı təyyarələrinin tədarükünü gözləyir. Avqustun sonunda Niderland 42 ədəd, Danimarka isə 19 ədəd F-16 qırıcısını Kiyevə verməyə hazır olduqlarını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi