Modern.az

Yelena Sidorenko TV-yə qayıdır - o, gecələr efirə çıxacaq

Yelena Sidorenko TV-yə qayıdır - o, gecələr efirə çıxacaq

Aktual

20 Sentyabr 2013, 17:30

Bir müddət efirlərdə görünməyən televiziya aparıcısı Yelena Sidorenko yenidən efirə qayıdır. Modern.az xəbər verir ki, “Xəzər” televiziyasında yayımlanan  yeni verilişi Yelena Sidorenko aparır.

Ötən gündən efirə gedən  “25-ci saat” verilişinə Yelena Sidorenko aparıcılıq edir.. Veriliş ölkədə və dünyada baş vermiş günün ən mühüm xəbərlərinə yekun vurur. Həftənin 6 günü hər gün yayımlanan “25-ci saat” 00:30-da efirə olur.

Bakı şəhərində doğulan Yelena Sidorenko Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2002-ci ildə bu ali məktəbi magistr pilləsində bitirib. 2004-2008-ci illərdə ANS TV-də aparıcı olub. Buradan getdikdən sonra 2010-cu ilin mayına qədər “AF Holdinq”də kommersiya üzrə vitse-prezident vəzifəsində çalışıb.

 

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi