Modern.az

Ukraynaya F-16 qırıcıları verilib?

Ukraynaya F-16 qırıcıları verilib?

Dünya

28 Dekabr 2023, 00:12

Qərb mətbuatında Ukrayna Hərbi Hava Qüvvələrinə artıq F-16 qırıcılarının təhvil verilməsi barədə xəbərlər yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.

 

Nəşr adı açıqlanmayan mənbəyə istinadən bildirir ki, Qərb ölkələrinin vəd etdiyi F-16 qırıcılarının birinci artıq Ukraynadadır.

 

Jurnal qeyd edir ki, son günlər “bəzi rusiyapərəst və ya anti-Ukrayna kanalları” Ukraynanın Rusiya hədəflərini məhv etmək üçün F-16-lardan istifadə etməsi barədə məlumat yayıb.

 

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü məlumatı təkzib edib. Yuri İqnat bildirib ki, "Newsweek" materialında təqdim olunan məlumat həqiqətə uyğun deyil.

 

Qeyd edək ki, avqust ayında Danimarka və Niderland Ukraynaya F-16 qırıcıları verəcəyini bəyan edib. Bu iki ölkə ABŞ-la birlikdə ukraynalı pilotlar hazırlayır. Norveç və Belçika da qırıcılar vermək niyyətindədir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi