Modern.az

ABŞ qəzeti süni intellekt şirkətlərini məhkəməyə verdi - SƏBƏB

ABŞ qəzeti süni intellekt şirkətlərini məhkəməyə verdi - SƏBƏB

Dünya

28 Dekabr 2023, 08:48

ABŞ-nin “The New York Times” qəzeti süni intellekt tətbiqləri ilə məşğul olan "Open AI" və "Microsoft" şirkətlərini məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, “The New York Times” süni intellekt texnologiyasının öyrədilməsində qəzetin hazırladığını materiallardan icazəsiz istifadə edildiyini və buna görə müəllif hüquqlarının pozulduğunu iddia edib.

 

İş Nyu-York Cənub Məhkəməsində araşdılır.  ABŞ qəzeti dərc olunan milyonlarla məqalənin etibarlı məlumat mənbələri olan xəbər mənbələri ilə rəqabət aparan çatbotların hazırlanması üçün istifadə olunduğunu bildirib.

 

"The New York Times" süni intellekt platformalarının tərtibatçısı olan şirkətləri müəllif hüquqları ilə bağlı iddialarla məhkəməyə verən ilk böyük media qurumu olub. 

 

Qəzet iddiada materialların “qanunsuz surətdə kopyalanması və istifadəsi” ilə bağlı şirkətlərin “milyardlarla dollar qanunla müəyyən edilmiş və faktiki ziyana görə” şirkətlərin məsuliyyətə cəlb edilməli olduğu vurğulayıb.

 

"The New York Times" aprel ayında "Microsoft" və "OpenAI" şirkətləri ilə əlaqə saxlayıb, onların əqli mülkiyyətindən istifadə ilə bağlı narahatlıqlarını ifadə edib, kommersiya və texnoloji vasitələr, o cümlədən generativ süni intellektə məhdudiyyətlər təklif etməklə münaqişəni məhkəmədən kənar həll etməyə cəhd göstərib, lakin danışıqlar nəticəsiz qalıb.

 

Süni intellekt şirkətləri iddialarla bağlı hələlik açıqlama verməyib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi