Modern.az

Panama gəmisi Qara dənizdə Rusiya minasına düşdü

Panama gəmisi Qara dənizdə Rusiya minasına düşdü

Dünya

28 Dekabr 2023, 12:48

Panama bayrağı altında üzən mülki gəmi Qara dənizdə Rusiya minasına düşərək partlayıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Müdafiə Qüvvələri məlumat yayıb.

 

Məlumata görə, taxıl daşıyan yük gəmisi Dunay limanlarından birinə gedirmiş. Partlayış nəticəsində gəmi idarəetməni itirib və yuxarı göyərtədə yanğın başlayıb.

 

Kapitan yük daşıyan gəmini su altında qalmamaq üçün quruya çəkməyə məcbur olub, partlayış nəticəsində 2 dənizçi yaralanıb.

 

Yaralılardan biri xəstəxanaya çatdırılıb, gəmi isə yedəklə limana aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi