Modern.az

İlham Əliyev Pakistanın müdafiə nazirini qəbul edib

İlham Əliyev Pakistanın müdafiə nazirini qəbul edib

22 Aprel 2010, 19:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızla bağlı mühüm məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib. İki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığın və tərəfdaşlıq əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyib. Azərbaycanın Pakistan ilə birgə fəaliyyət sahələrini genişləndirmək niyyətində olduğunu qeyd edən dövlət başçısı əməkdaşlıq əlaqələrini gücləndirmək üçün hərbi sahədə və müdafiə sənayesində də yaxşı imkanların olduğunu qeyd edib.
İlham Əliyev Pakistanın İslam Konfransı Təşkilatında və BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin qəbul edilməsi zamanı səsvermədə ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Pakistan hökumətinin Ermənistanı tanımaması ilə bağlı tutduğu mövqeyə görə dost ölkənin rəhbərliyinə minnətdarlığını bildirib. Prezident Kəşmir məsələsi ilə bağlı Azərbaycan tərəfinin Pakistanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.
Ölkəsinin Azərbaycan ilə əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Pakistanın müdafiə katibi Səyid Əthar Əli ölkələrimizin beynəlxalq forumlarda bir-birinin mövqelərini daim dəstəkləmələrinin önəmini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün ən ümdə məsələ olduğunu vurğulayan qonaq məhz bununla bağlı Pakistanın Ermənistanı tanımadığını qeyd edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı