Modern.az

Estoniya ukraynalı kişiləri ölkələrinə göndərəcək?

Estoniya ukraynalı kişiləri ölkələrinə göndərəcək?

Dünya

28 Dekabr 2023, 17:34

Estoniyanın daxili işlər naziri Laur Laanemets ölkədə yaşayan Ukrayna vətəndaşlarının vətənlərinə qaytarılması məsələsini şərh edib.

 

Modern.az xəbər verir ki, o, prosesi çətin adlandırıb.

 

Nazirin sözlərinə görə, “insancasına” onun ukraynalı kişiləri cəbhəyə yollamaq məqsədi yoxdur.

 

"Lakin Kiyev onları qaytarmaq qərarına gəlsə və Estoniya bundan imtina etsə, bu, Ukraynadan üz döndərmək olacaq”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov ölkə xaricində olan kişi cinsli vətəndaşlara çağırış etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi