Modern.az

Mətbuat Şurasında "reket" nəşrlərin məsələsinə baxılıb

Mətbuat Şurasında "reket" nəşrlərin məsələsinə baxılıb

22 Aprel 2010, 19:42

Aprelin 22-də Mətbuat Şurası tərkibində fəaliyyət göstərən «apellyasiya qrupu»nun növbəti iclası keçirilib. Bu, adları Şuranın «qara siyahı»sında yer alan kütləvi informasiya vasitələrinin həmin siyahıdan çıxmaları üçün yaradılan qrupun 2010-cu ildə baş tutan sayca ikinci toplantısıdır.

 

Şuradan Modern.az-a verilən məlumata görə, «apellyasiya qrupu» ilk iclasından ötən bir ay müddətində adları «qara siyahı»da yer alan KİV-lərin quruma müraciətlərindən beşini araşdırıb. Növbəlilik əsasında «Fakt», «Həqiqət və reallıq», «Bizim lider», «Açıq fikir» və «Qərb xəbərləri» qəzetləri ilə bağlı məsələlərə baxılıb. Belə rəyə gəlinib ki, sözügedən mətbu vasitələrin rəhbərləri sabahdan başlayaraq Şuraya dəvət edilsinlər və onların MŞ-nin «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»ına uyğun olaraq təqdim etdikləri sənədlər araşdırılsın. Bunun əsasında hazırlacaq müvafiq rəylər yekun qərarların qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunsun.

 

Qeyd edək ki, Mətbuat Şurasının «apellyasiya qrupu» Şuranın İdarə Heyətinin 18 fevral 2010-cu il tarixli qərarı ilə yaradılıb. Qrupun rəhbəri MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadədir. Qrupun tərkibinə həmçinin MŞ-nin İdarə Heyətinin üzvlərindən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas daxildir. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi