Modern.az

Payız mövsümünün dəbi: kim necə geyinməlidir? - MARAQLI

Payız mövsümünün dəbi: kim necə geyinməlidir? - MARAQLI

21 Sentyabr 2013, 11:13


Yəqin ki, dəblə ayaqlaşan xanımlarımız mövsüm dəyişikliyində ən böyük dərdi, hər mövsüm geyə biləcəkləri parçaların hansı olduğuna qərar verməkdir. Eyni zamanda bu mövsüm hansı rənglərin dəbdə olacağı dəbli xanımlarımızı düşündürən əsas məsələlərdəndir. Artıq payız yağışı və soyuq havası ilə gəldiyini xəbər verir. Bunun üçün isə biz sizə payız fəslinin trendlərini göstərməyə çalışacağıq. Görək sizin seçiminiz necə olacaq?

Nostalji dövrə dönüş

Şübhəsiz ki, bu il ağ rəng dəbdə olacaq. Ağ geyinərək, olduqca güclü imic yaradacaqsınız. Hər il qarşımıza çıxan 90-cı illərin modası bu il də dəyişməyənlərdəndir. Cins parçalar, qısa paltarlar ilə nostalji tərzə sahib ola bilərsiniz.

Bu il də motosiklet sürücüsü pencəkləri dəbdə olacaq. Pençəklərin qısa, uzun, dəri kimi bir çox müxtəlifliyi olması onlardan üz döndərməməyimiz üçün önəmli faktordur. Küçələrdə çoxlu görəcəyimiz bu pencəklərdən siz də əldə etməlisiniz.

Bundan əlavə, bəzi yay geyimlərinizi də payız fəslində rahat istifadə edə bilərsiniz. Yayda geydiyiniz uzun paltarların üzərinə cins pencək və şal alaraq soyuq havaya uyğunlaşa bilərsiniz.

Parlaq keçid

Bu fəsil parlaq rənglə daha çox nəzərə çarpacaq. Tünd qırmızı, yaşıl və boz rənglərə üstünlük veriləcək. Ətəklərdə, ayaqqabılarda və çanta kimi aksesuarlarda olacaq parlaqlıqlar daha gözəl görünmənizə kömək olacaq. Bu ilin ən dəbdə olan rəngi isə mavi olacaq. Bütün məşhur markalar öz kolleksiyalarında mavi rəngdən istifadə ediblər.

Payızın imtina edilməyəcək rənglərindən biri göy olacaq. Modanı izləyirsinizsə, qarderobunuzda mütləq göy bir geyim saxlamağa diqqət edin.

Çanta modası

Bu il ötən illərə nisbətən çantalar daha da kiçik formada olacaq. Ən çox qutu şəklində olacaq çantalar hər bir xanımın zövqünü oxşayacaq.

Ayaqqabılar

Qalın və kobud ayaqqabılar daha çox dəbdə olacaq. Ayaqqabılarda qalın, rezin dabanlar görəcəyik. Digər modellərdən biri də düz ayaqqabılardır ki, onlar da bu il çox istifadə olunacaq. Bundan başqa bəzi burnu açıq ayaqqabılar corabla geyiləcək.

Saç modası

Bir-birindən gözəl və dəyişik saç modelləri görəcəyik. Daha çox hörgü, topuz və retro modellərdən istifadə olunacaq. Hər stilə uyğunlaşan hörgü bu fəslin “açar” saç trendlərindən olacaq. Bundan başqa, arxaya daranmış, islaq görünüşlü, yandan ayrılmış saç düzümləri də görə bilərik.

Aksesuarlar

Aksesuarlar, rəngli və qızılı boyunbağılar sizə yoldaşlıq edəcək. İncə paltarlarla dəbdəbəli boyunbağılar taxaraq, görünüşünüzü daha fərqli edə bilərsiniz.

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir