Modern.az

On mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçdi

On mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçdi

Dünya

30 Dekabr 2023, 09:32

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 10 mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

 

“...Biz daha çox məşq etdik. Almaniyada 10 min Ukrayna əsgəri var” – deyən Freydinq əlavə edib ki, yanvarın 4-də Almaniyada növbəti iki piyada batalyonunun təliminə start veriləcək.

 

Polşa və Almaniya da daxil olmaqla, bir sıra Aİ ölkələrində Ukrayna hərbçiləri üçün təlim missiyası 2022-ci ilin oktyabrında təsdiqlənib. Söhbət komandanlıq heyətinin hazırlanmasından, maddi-texniki təminatın təşkili, radiasiya, bakterioloji və kimyəvi mühafizənin təşkili üzrə təlimlərdən gedir. Missiyanın mandatı iki ildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi