Modern.az

İvanişvili siyasətə qayıtdı - Partiyada vəzifə tutdu

İvanişvili siyasətə qayıtdı - Partiyada vəzifə tutdu

Dünya

30 Dekabr 2023, 14:12

Gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdıb.

 

Modern.az xəbər verir ki, “Gürcü Arzusu”nun yaradıcısı hakim partiyanın siyasi şurasının yeni sədri seçilib.

 

"Düz üç il əvvəl mən aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə ictimaiyyətə məlumat vermişdim. İndi, üç ildən sonra, öz təşəbbüsümlə, partiyanın fəxri sədri kimi, siyasi həyata qayıdıram",- İvanişvili bildirib

 

350 nümayəndənin iştirak etdiyi qurultayda partiyanın siyasi şurasının tərkibi də təsdiqlənib. Partiyanın nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Siyasi Şuranın üzvlərinin sayı partiyanın sədri ilə yanaşı 15 nəfər olacaq. Onların arasında hazırkı baş nazir İrakli Qaribaşvili, partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze, parlament sədri Şalva Papuaşvili və digər nazir və deputatlar var.

 

İvanişvili 2021-ci il yanvarın əvvəlində “Gürcü arzusu”nun sədri postunu tərk edib. Sonra o, siyasətdən və ictimai həyatdan getdiyini, bundan sonra “Gürcü Arzusu”nun işlərinə qarışmayacağını, liderlərinə məsləhət verməyəcəyini bəyan etmişdi.

 

Buna baxmayaraq, onun hakim partiyanın siyasətinə yön verdiyi deyilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi